Month: Fevral 2021

“AZƏRLOTEREYA” ASC “DEMİRÖREN ŞANS OYUNLARI YATIRIMLARI A.Ş.” İLƏ MÜQAVİLƏ İMZALAYIB

Fevralın 27-də “Azərlotereya” ASC-nin Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilməsilə əlaqədar müqavilə imzalanıb.

ABK apa.az saytına istinadən bildirir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib , bu müqavilə ilə “Azərlotereya” ASC 10 il müddətinə bu sahədə zəngin təcrübəsi olan türk şirkətinin idaretməsinə verilir. Nazir deyib ki, şirkətin fəaliyyəti özünü doğruldacağı halda müqavilə müddətinin daha 5 il uzadılması mümkündür: “Dövlət idarəetmə funksiyalarını tədricən tənzimləmə funksiyaları ilə əvəz etməyə, dövlət şirkətləri üzrə xərcləri azaltmağa və onların idarəçiliyinin effektliyini artırmağa çalışır”.

M. Cabbarov qeyd edib ki, bu məsələdə Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biri də xarici investorların, texnologiyaların və texnoloji biliklərin ölkəmizə cəlb edilməsidir: ”2001-ci ildə yaradılmış “Azərlotereya”, tirajlı lotereyaların keçirilməsi sahəsində dövlət inhisarçısıdır. Yeri gəlmişkən, biz ümumilikdə “Azərlotereya”nın fəaliyyətini müsbət qiymətləndiririk. Lakin son illərdə şirkətin təşkil etdiyi oyunlara ictimaiyyətin marağının azaldığı müşahidə olunur. Halbuki Azərbaycanda lotereya oyunlarına maraq daim yüksək olub. Aparılan araşdırmalar göstərir ki, müəssisənin fəaliyyət nəticələri mümkün potensialından azdır. Bu da qara bazarın formalaşmasına gətirib çıxarır. Bu baxımdan müəssisənin fəaliyyətinin təkmilləşdirilməsi zərurəti yaranıb. Cənab Prezidentin bununla əlaqədar vaxtında verdiyi sərəncam da böyük əhəmiyyət daşıyır”.

Nazir bildirib ki, bu müqavilənin imzalanması ilə Azərbaycan lotereya bazarının müasir tendensiyalara uyğun inkişafının təmin edilməsi, Səhmdar Cəmiyyətdə iqtisadi səmərənin əhəmiyyətli şəkildə artacağı gözlənilir.

BP və tərəfdaşları indiyədək Azərbaycanda sosial layihələrə 90 mln. dollar xərcləyiblər

abk.az saytı apa.az “a istinadən bildirir ki, BP və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramları vasitəsilə təxminən 90 mln. ABŞ dollarından çox sərmayə qoyublar.

Ötən 28 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələrinə dəstək veriblər. Bu layihələrə təhsil və potensialın yaradılması proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir.

Məlumata görə, 2020-ci ildə BP və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 3,2 mln. dollardan çox vəsait xərcləyib.

Bundan əlavə, 2020-ci ildə təkcə BP ölkədə müxtəlif sosial layihələr çərçivəsində 4,2 mln. dollardan çox sərmayə qoyub. Buraya COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün ölkədə aparılan mübarizə tədbirlərinə dəstək məqsədilə BP-nin 3 mln. dollar həcmində töhfəsi də daxildir.

Türkiyənin bank sektorunun xalis mənfəəti yenidən rekord vurub

Türkiyənin bank sektoru  yeni tip koronavirus (Kovid-19) infeksiyasının yaşandığı  2020-ci ili 60 milyard lirə (8,55 milyard ABŞ dolları) xalis mənfəətlə başa vuraraq yenidən rekord vurub.

“abk.az” “anadolu” agentliyinə istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 22,3% çoxdur.

İllik mənfəətini 2,7 milyard lirəsi (385 milyon dollar) ötən ilin dekabr ayında əlvə olunub. Bu isə illik müqayisədə 7,2% çoxdur.

Bankların faiz gəliri yüzdə 0,7 artdı.

Bankaların faiz xərcləri  isə yüzdə 19,2 düştü

 

Estoniyada E-Vətəndaşlıq və Onlayn Şirkət Qurulması mümkündür

Estoniyada E-Vətəndaşlıq və Onlayn Şirkət Qurulması mümkündür

Azərbaycanda  bu xidməti sizlərə ən keyfiyyətli və ən güvənilir şəkildə ilk dəfə ABK Consulting göstərir. Siz də Estoniya Respublikasının onlayn vətəndaşlığına qoşulmaq və öz biznesinizdə avantaj əldə etmək istəyirsinizsə onda bizə müraciət edin.

Əvvəlcə Estoniya haqqında qısaca məlumat verək

Estoniya (rəsmi adı Estoniya Respublikası) – Şimali Avropanın Baltik regionunda dövlət. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərdir. Mülayim iqlimə malik ölkədir. Estonlar fin qrupuna daxil olan xalqdır, rəsmi dili eston dilidir, bu dil fin dilinə çox yaxındır.

E-Vətəndaşlığın nə kimi avantajları var, kimlər müraciət edə bilər ?

  • Estoniyada onlayn olaraq şirkət qura bilərsiniz.
  • Şirkətiniz Avropa Birliyi şərtlərində hüquqi bir şirkət olur.
  • Şirkətinizi uzaqdan idarə edə bilirsiniz.
  • Sadəcə gəlir vergisi ödəyirsiniz.

Estoniyanın vergi sistemi dünyanın ən yaxşı 3.Vergi sistemi olaraq görülür. Bu sistemə görə sadəcə şirkət hesabınızdan pul çıxardıqda %20 Gəlir vergisi ödəyirsiniz.

Elektron vətəndaşlıqla Estoniyada yaşamağınıza icazə verilmir. E-vətəndaş olanda verilən vətəndaşlıq kartı ilə Estoniyanın rəqəmsal servislərinə qoşula bilərsiniz və elektron imza vasitəsiylə hüquqi işlərinizi görə bilərsiniz.

Sizə köməklik göstəririk:

Elektron vətəndaşlıq almağa

Onlayn şirkət qurmağa

Bank hesabları açmağa

 

Siz də elektron iş dünyasında öz yerinizi tutmaq istəyirsinizsə bizə müraciət edin.

Mənə zəng et